Paris-Sinqapur təyyarəsi Bakıda təcili eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Paris-Sinqapur təyyarəsi Bakıda təcili eniş edib

09:10 - 09 / 09 / 2022
Paris-Sinqapur təyyarəsi Bakıda təcili eniş edib

Paris-Sinqapur təyyarəsi Bakı hava limanında təcili eniş edib.

1news.az xəbər veirir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

“Singapore Airlines” aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

“Boeing B777” təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib.

Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

1news.az

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər