Kibercinayətkarlıqla mübarizə - “Çıxışa doğru”da MÜZAKİRƏ

İnformasiya texnologiyalarının qlobal miqyasda yüksək sürətlə yayılması cəmiyyətin informasiya ilə təmin olunması ilə yanaşı, kibercinayətkarlığın da meydana gəlməsinə və gündən-günə artmasına gətirib çıxarıb. Kibercinayətlər (kompüter cinayətləri) dedikdə, virtual məkanda elektron əməliyyatlar vasitəsilə törədilən və əsas məqsəd kimi kompüter sistemləri, eləcə də onlar vasitəsilə işlənən məlumatların təhlükəsizliyinə qəsd edən istənilən qanunazidd əməllər başa düşülür.
Ölkəmizdə kibercinayətkarlığın qarşısının alınması, bu sahədə profilaktik, habelə digər təşkilati-hüquqi mexanizmlərin müəyyən olunması istiqamətində kompleks işlər görülür, bu cinayətlə mübarizə tədbirlərini əhatə edən normativ-hüquqi aktlar, dövlət proqramları qəbul edilir və icra olunur.
1News-un məlumatına görə AzTV-nin “Çıxışa doğru” verilişində "Kibercinayətkarlıqla mübarizə" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Osman Gündüz - Azərbaycan İnternet Forumunun prezidenti, Mübariz Əhmədov - BSU-nun dosenti, müstəqil jurnalist, Etibar Rəhimov - AzTV-nin Sosial media mütəxəssisi, Əziz Əlibəyli - Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis və Rasim Mahmudov - İnformasiya Texnologiyalari İnstitunun şöbə mudiri mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: