Nazir: Beş ildə Azərbaycanda 4 minə yaxın silah qanunsuz dövriyyədən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Beş ildə Azərbaycanda 4 minə yaxın silah qanunsuz dövriyyədən çıxarılıb

Qafar Ağayev12:19 - 09 / 09 / 2022
Nazir: Beş ildə Azərbaycanda 4 minə yaxın silah qanunsuz dövriyyədən çıxarılıb

Son 5 il ərzində 4470 cinayətkar qrupun zərərsizləşdirilib, qanunsuz dövriyyədən 4 minə yaxın odlu silah çıxarılıb.

1news.az-ın məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının Qırğızıstanda keçirilən iclasında deyib.

V.Eyvazov qeyd edib ki, 2019-2022-ci illər ərzində Birlik üzvü olan ölkələrin DİN-lərinin aidiyyəti qurumları tərəfindən sıx işbirliyində yüzlərlə ağır cinayətlərin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiya olunub.

Birlik çərçivəsində tərəfdaşlığın kifayət qədər yüksək səviyyədə olduğunu qeyd edən nazir son 5 il ərzində 4470 cinayətkar qrupun zərərsizləşdirildiyini, qanunsuz dövriyyədən 4 minə yaxın odlu silahın və 9 ton narkotik vasitənin müsadirə edilməsinin Azərbaycan hüquq mühafizə orqanlarının bu istiqamətdə barışmaz mövqe sərgilədiyinin əyani sübutu olduğunu bildirib.

Paylaş:
394

Son xəbərlər

Bütün xəbərlər