Azərbaycanda ötən sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda ötən sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

19:28 - 10 / 09 / 2022
Azərbaycanda ötən sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 274 yeni yoluxma faktı qeydə alınıb, 613 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 817 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 805 170 nəfər müalicə olunaraq sağalıb, 9 852 nəfər vəfat edib, aktiv xəstə sayı 2 574 nəfərdir.

Ölkədə son sutka ərzində 3 252, hazırkı dövrədək isə 7 191 050 test aparılıb.

Paylaş:
784

Son xəbərlər

Bütün xəbərlər