Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - MN

Ötən sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
1news.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
1news.az
409