Qala-Şüvəlan yolu yenidən qurulub - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qala-Şüvəlan yolu yenidən qurulub - FOTO - VİDEO

Qafar Ağayev13:15 - 12 / 09 / 2022
Qala-Şüvəlan yolu yenidən qurulub - FOTO - VİDEO

2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xəzər rayonunda Qala-Şüvəlan qəsəbələrarası avtomobil yolunun yenidən qurulması işləri yekunlaşıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, Qala-Pirallahı avtomobil yolunun 8-ci km-dən başlayaraq Şüvəlan qəsəbəsinə qədər uzanan Qala-Şüvəlan avtomobil yolunun uzunluğu 5.2 km, hərəkət hissəsinin eni isə ortalama 9 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində yolboyu frezlənmə, zəruri yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı salınması, yol əsasının inşası və 2 qat olmaqla asfalt-beton örtüyünün döşənməsi, yol birləşmələrinin bərpası, yol çiyinlərinin bərkidilməsi işləri aparılıb.

Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olacaq yolda 1-1.5 metr enində çiyinlərin, 1580 metr yeni səki daşlarının tikintisi, 2745 kv.m səkinin bərpa olunması işləri görülüb.

Ümumilikdə 49500 kv.m ərazidə təmir aparılıb.

Son mərhələdə yolboyu normal və təhlükəsiz hərəkətin təmin edilməsi üçün yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilişi işləri aparılaraq, zəruri yerlərdə yol nişanları quraşdırılaraq yol müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində ümumi uzunluğu 15.4 km küçə və yolun təmiri işləri davam etdirilir.

2021-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq isə rayonun Binə, Buzovna və Qala qəsəbələrində ümumi uzunluğu 16.3 km olan küçə və yolların təmiri icra olunub.

Təbii ki, təmiri aparılan və nəzərdə tutulan küçələr Xəzər rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.

Paylaş:
380

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər