Əli Əsədovun sədrliyi ilə ərzaqlıq buğda istehsalı müzakirə olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əsədovun sədrliyi ilə ərzaqlıq buğda istehsalı müzakirə olunub - FOTO

Qafar Ağayev15:36 - 12 / 09 / 2022
Əli Əsədovun sədrliyi ilə ərzaqlıq buğda istehsalı müzakirə olunub - FOTO

Sentyabrın 12-də Ağsu rayonuna səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə ərzaqlıq buğda istehsalında mövcud problemlərə və qarşıda duran vəzifələrə həsr olunan işçi müşavirə keçirib, həmçinin Ağsu Aqropark QSC-nin fəaliyyəti ilə tanış olub.

Bu barədə 1news.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Müvafiq dövlət qurumlarının və aqrar sektorda fəaliyyət göstərən özəl şirkətlərin rəhbərlərinin iştirak etdiyi işçi müşavirədə Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası ilə bağlı məsələlər müzakirə olunub.

Ərzaq təhlükəsizliyi ilə bağlı qlobal çağırışlar, Azərbaycanda ərzaqlıq buğda istehsalında mövcud problemlər, qarşıda duran vəzifələr, Fərmana uyğun olaraq dövlət dəstəyi mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.

Müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərlərinin çıxışları, ərzaqlıq buğda istehsalçılarının, müasir suvarma sistemlərini tətbiq edən və tətbiq edilməsini planlaşdıran təsərrüfat rəhbərlərinin problemləri və təklifləri dinlənilib.

Baş nazir Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanından irəli gələn tapşırıqlara uyğun olaraq hökumətin ərzaqlıq buğda istehsalçılarına dəstək verəcəyini, qarşıda duran əsas vəzifələrin əkinə yararlı torpaq ehtiyatlarının genişləndirilməsi, buğda istehsalında məhsuldarlığın artırılması, ərzaqlıq buğdanın keyfiyyətinin yüksəldilməsi, müasir texnologiyanın tətbiqi və su ehtiyatlarının qənaətlə sərf edilməsi olduğunu vurğulayıb.

Müşavirənin sonunda Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası ilə bağlı işlərin sürətləndirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.

Paylaş:
291

Son xəbərlər

27-28 iyun tarixlərində Azərbaycan beynəlxalq foruma ev sahibliyi edəcəkBu gün, 10:51Maskalı şəxslər Göyçay sakinini döyərək beş min manatını ələ keçiriblərBu gün, 10:42Göygöl rayonunda qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEOBu gün, 10:39“ASAN xidmət” BMT-nin tədbirində diqqət mərkəzindəBu gün, 10:30“Papa Johns Pizza” Azərbaycan ənənəvi olaraq bu il də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər keçirib - FOTOBu gün, 10:30ADY Türkmənistanda Orta Dəhlizin şaxələndirilməsi imkanlarını müzakirə etdiBu gün, 10:18Qızılın qiyməti azalıb, gümüş isə bahalaşıbBu gün, 10:07Culfada bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 09:54Qazaxda yabanı halda bitən 3 ton çətənə bitkisi məhv edilibBu gün, 09:40Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:32Yevlaxda narkotik tərkibli bitki becərən və narkokuryerliyə cəlb olunan şəxslər saxlanılıbBu gün, 09:22Mədəniyyət və incəsənətimiz radiodalğalarında – yeni layihələrBu gün, 09:22Bu ərazilərdə qaz olmayacaqBu gün, 09:18Kamaləddin Qafarov: “Uğurlu enerji siyasəti böyük şirkətləri Azərbaycana cəlb edir”Bu gün, 09:16AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:13Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:12Sertifikatlaşdırma imtahanının nəticələri ilə bağlı apellyasiya qəbuluna başlanılıbBu gün, 08:47Bakıda bu yollarda sıxlıq var - SİYAHIBu gün, 08:46Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə başa çatdı - FOTO24 / 06 / 2024, 19:11AZAL növbəti dəfə Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçilib24 / 06 / 2024, 18:31
Bütün xəbərlər