Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTO

09:23 - 12 / 09 / 2022
Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb - FOTO

Laçın rayonundakı əkin sahələrinə suyun maneəsiz axınını təmin etmək məqsədilə kanalların lildən təmizləmə işləri aparılır.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən verilən məlumata görə, rayonun 18510 hektar suvarmaya yararlı sahələri mövcuddur ki, onlardan 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.

Rayon Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir.

Qeyd edək ki, rayon ərazisində 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vasitəsilə 53700 m3 su verməklə 33190 hektar əkin sahəsinin suvarılması təmin edilib.

1news.az

Paylaş:
229

Son xəbərlər

Bütün xəbərlər