İstehlaka yararsız müxtəlif növ ət və süd məhsulları məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İstehlaka yararsız müxtəlif növ ət və süd məhsulları məhv edilib

Qafar Ağayev11:14 - 12 / 09 / 2022
İstehlaka yararsız müxtəlif növ ət və süd məhsulları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görür, həmçinin bu istiqamətdə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.

AQTA-dan 1news.az-a verilən məlumat görə, “Qurman Plyus” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 17234.35 kq müxtəlif növ ət və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirmə poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər