Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yaydı | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yaydı

Qafar Ağayev11:27 - 12 / 09 / 2022
Baş Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yaydı

"Mediada yayımlanmış məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır".

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən 1news.az-a daxil olan məlumatda deyilir:

"İstintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, istintaq olunan cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir" - deyə, açıqlamada bildirilir.

Paylaş:
400

Son xəbərlər

Xəzər dənizində qadın batıbBu gün, 18:07Bəzi rayonlara yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVABu gün, 17:43Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıbBu gün, 17:19Bakıda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıbBu gün, 16:4546 yaşlı kişi dənizdə batıbBu gün, 16:12Azərbaycanda küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilibBu gün, 15:57Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşübBu gün, 15:32Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:14Silk Way West Airlines və China Henan Aviation Group arasında anlaşma memorandumu imzalanıbBu gün, 14:59ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündürBu gün, 14:47Əmtəə bazarlarında qızılın ucuzlaşması davam edirBu gün, 14:31Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 14:16AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilibBu gün, 14:06Daşaltıda bir tondan artıq çətənə bitkisi məhv edilibBu gün, 13:51İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib - FOTO - YENİLƏNİBBu gün, 13:39Buzovnada maskalı şəxslər girdikləri evin sahibinə xəsarət yetirdiBu gün, 13:23İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 13:10Keçmiş məhkum dələduzluğa görə saxlanıldıBu gün, 12:50Sabah yağış yağacaq, külək əsəcək - ProqnozBu gün, 12:27Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyikBu gün, 12:09
Bütün xəbərlər