AZAL-a yeni mətbuat katibi təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-a yeni mətbuat katibi təyin olunub

Qafar Ağayev12:02 - 12 / 09 / 2022
AZAL-a yeni mətbuat katibi təyin olunub

"Azərbaycan Hava Yolları" QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi vəzifəsinə təyinat olub.

Qurumdan 1news.az-a verilən məlumata görə, Nərmin Xəlilova Paşa Kəsəmənskinin rəhbərlik etdiyi “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nərmin Xəlilova Azərbaycanın KİV-ində böyük təcrübəyə malikdir, uzun müddət televiziyada çalışıb.

Paylaş:
460

Son xəbərlər

Bütün xəbərlər