Bakı Tikiş Evindən ittihamlara CAVAB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Tikiş Evindən ittihamlara CAVAB

Qafar Ağayev12:27 - 12 / 09 / 2022
Bakı Tikiş Evindən ittihamlara CAVAB

Yeni dərs ilinə hazırlaşan və məktəbə gedəcək övladlarına hələ də forma ala bilməyən valideynlər Bakı Tikiş Evinin (BTE) satış mağazasının qarşısında və mağazanın içərisində izdiham yaradıblar.

Sosial şəbəkələrdə izdihamla bağlı videogörüntülər yayılıb.

Görüntülərdən də aydın olur ki, məktəblərin açılmasına az müddət qalsa da şagirdlərin forma problemi hələ də öz həllini tapmayıb.

1news.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablandıran "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, gün ərzində 1200-1500 məktəbli forması istehsal edilir.

"Burada da 2 mağaza fəaliyyət göstərir. Həmin mağazalardan formaların satışı həyata keçirilir. Bununla biz satdığımız məhsula zəmanət verə bilirik. Bu formalar başqa yerdə satılanda biraz baha satılır. "Bravo" supermarketlərinə də 6000 min forma verildi və satıldı. Biz çox məhsul istehsal edə bilmirik. Bir tikiş fabriki Bakıdakı bütün şagirdlərə məktəbli formasını necə istehsal edə bilər? Biz özəl müəssisəyik. Əsas işimiz hərbi paltarların tikilməsidir. Ona görə də biz bütün işimizi atıb, yalnız məktəbli forması istehsal edə bilmərik. Bu barədə heç bir məsuliyyətimiz yoxdur. Nə Elm və Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bizə tapşırıq verib, müqavilə bağlamayıb. Keçən il məktəbli forması istehsal etdiyimiz üçün bu il də istədik ki, bu işə kömək edək. Lakin bir fabrik bütün tələbatı ödəyə bilməz", - deyə o bildirib.

Paylaş:
334

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilibBu gün, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03
Bütün xəbərlər