Bakıda daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub

Qafar Ağayev17:54 - 13 / 09 / 2022
Bakıda daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub

Bakı Nəqliyyat Agentliyi daha 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.

Bu barədə 1news.az-a qurumdan bildirilib.

Məlumata görə, bunlar 36, 123, 134, 183 və 193 nömrəli müntəzəm marşrut xətləridir.

Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər