Sentyabrın 14-dən qatarların hərəkət qrafiki dəyişdiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sentyabrın 14-dən qatarların hərəkət qrafiki dəyişdiriləcək

Qafar Ağayev11:35 - 13 / 09 / 2022
Sentyabrın 14-dən qatarların hərəkət qrafiki dəyişdiriləcək

Yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə Bakı metropolitenində sərnişin sıxlığı artmağa, sərnişin axını intensivləşməyə başlayıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bunu nəzərə alaraq, Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək.

Sentyabr ayının 14-dən metropolitendə hərəkət qrafiki mövsümün və “COVID-19” pandemiyası dövrünün tələblərinə uyğun dəyişdiriləcək. Tətbiq ediləcək yeni optimal qrafikə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq, hərəkəti sıxlaşdırılacaq və interval azaldılacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulacaq. Onların xəttə verilməsi gündəlik monitorinqlər əsasında müəyyən ediləcək.

İş günlərinin gur saatlarında (səhər 7:30-dan 09:30-a qədər, axşam 17:30-dan 19:30-a qədər) "Həzi Aslanov-28 May" istiqamətində və əksinə qatarlar, metropolitenin maksimal texniki imkanları nəzərə alınmaqla, 2 dəqiqəyə qədər endirilmiş intervalla hərəkət edəcək. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.

Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə Yaşıl və Qırmızı xətlər “28 May" stansiyasında birləşdiyindən "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfəyə qədər artacaq.

Metropoliten sərnişinləri günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən ardıcıl olaraq marşrut göstəricisi üzrə iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini və həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə “Nərimanov” stansiyasından verilməsi və ya xətdən çıxarılmasıdır.

İstirahət və qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.

Buna uyğun olaraq, “Həzi Aslanov-28 May" istiqamətində və əksinə şənbə günləri qatarlar səhər saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar və qeyri-iş günlərində 3 dəqiqə intervalla hərəkət edəcəklər. Bu günlər ərzində də hərəkətin sərnişin sıxlığı və hərəkət intensivliyinə uyğun tənzimlənməsi məqsədilə ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq. Qeyd edilən günlər ərzində əsas hərəkət parametrləri üzrə monitorinqlər xüsusi qaydada təmin ediləcək.

Yeni optimallaşdırılmış qrafik qüvvədə olduğu müddət ərzində qatarların hərəkət cədvəllərinə dəyişiklik edilərsə, ictimaiyyətə əvvəlcədən məlumat təqdim olunacaq. Xüsusi karantin rejimi davam etdiyindən Bakı metropoliteni müntəzəm monitorinqlərində bu və digər məsələləri də nəzərə alacaq.

Qeyd edək ki, “Bakmil” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları, eləcə də müvafiq normativlərə uyğun olaraq, gün ərzində qatarlar “Bakmil” istiqamətində və əksinə olmaqla xüsusi tərtib edilmiş cədvəllə hərəkət edir. Həmin cədvəllər Bakı metropoliteninin stansiyalarında və rəsmi internet saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc olunacaq.

Qrafikin 2023-cü ilin yay aylarına qədər qüvvədə qalması nəzərdə tutulub.

Paylaş:
232

Son xəbərlər

Şəkidə üç yaşlı uşağı it dişləyib01 / 06 / 2024, 18:04Azərbaycana 60 kiloqram narkotik maddə gətirən iki narkokuryer saxlanılıb01 / 06 / 2024, 17:56Tovuzda çaydan kişi meyiti tapılıb01 / 06 / 2024, 17:31Cəlilabad sakini suda boğulub - YENİLƏNİB01 / 06 / 2024, 17:10Hövsanda bank kartlarını talayan şəxs saxlanılıb01 / 06 / 2024, 16:47Hərbi attaşelərin “N” hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub01 / 06 / 2024, 16:26Rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ01 / 06 / 2024, 16:09Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 15:59Ötən gün itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılıb01 / 06 / 2024, 15:20Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb01 / 06 / 2024, 15:07Suraxanıda mənzildə meyit tapılıb01 / 06 / 2024, 14:53Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA01 / 06 / 2024, 14:37FHN əməliyyat görüntüsü yayıb - VİDEO01 / 06 / 2024, 14:20Azercell Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başladı01 / 06 / 2024, 13:59Bakıda ağır qəza olub, üç nəfər ölüb01 / 06 / 2024, 13:55Myanma Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 13:34İyunun 2-də hava şəraitinin necə keçəcəyi gözlənilir?01 / 06 / 2024, 13:16Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib01 / 06 / 2024, 13:03Vyetnam Prezidenti İlham Əliyevi təbrik edib01 / 06 / 2024, 12:39Yevlaxda 4 otaqlı evdə yanğın olub01 / 06 / 2024, 12:18
Bütün xəbərlər