Bakı metrosundakı yubanmanın səbəbi açıqlandı

“İçərişəhər-Həzi Aslanov istiqamətində hərəkət edən qatarda "Gənclik" stansiyasında nasazlıq olub və qatar elektrik deposuna aparılıb və əvəzinə yeni qatar verilib”.
Bu sözləri 1news.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“İntervalı çıxmaq şərtiklə, ümumilikdə 7 dəqiqə yarım yubanmaya səbəb olub. Hazırda qatarların intervalları ilə bağlı problem aradan qaldırılıb. Artıq İçərişəhər-Həzi Aslanov istiqamətində qatarlar intervala uyğun olaraq hərəkət edir. "Memar Əcəmi", "Dərnəgül" stansiyalarında cüzi problemlər qalıb. 10-15 dəqiqə ərzində bütün xəttlər üzrə intervallar tam qaydasında bərpa olunacaq”.
Ayşən İsmayılova
333