Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər təxirə salınıb

18 sentyabr Milli Musiqi Gününə həsr olunan bütün təntənəli tədbirlər Mədəniyyət Nazirliyi tərəfindən təxirə salınır.
Nazirlikdən 1news.az-a verilən məlumata görə, festivalın proqramında olunan dəyişikliklərə əsasən yalnız elmi-nəzəri konfrans, usta dərsləri və akademik musiqi tədbirləri saxlanılır.
"Həmçinin, teatr mövsümünün 150-ci yubiley mövsümünün açılışına həsr olunmuş təntənəli tədbirlər də təxirə salınır. Allah şəhidlərimizə rəhmət eləsin!".
253