“Səbuhiyə nə deyirdimsə “baş üstə, ana” deyirdi” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Səbuhiyə nə deyirdimsə “baş üstə, ana” deyirdi” - VİDEO

13:58 - 14 / 09 / 2022
“Səbuhiyə nə deyirdimsə “baş üstə, ana” deyirdi” - VİDEO

“Nə deyirdimsə “baş üstə, ana” deyirdi”.

1news.az xəbər verir ki, bu sözləri uşaqlar evinin məzunu şəhid Səbuhi Əhmədovun tərbiyəçisi Məlahət Qazıyeva deyib.

Onun sözlərinə görə, Səbuhi mehriban və gülərüz uşaq idi:

“Nə deyirdim “baş üstə, ana” deyirdi. Qardaşı Sənanın sabah doğum günüdür. 2-ci sinifdə oxuyandan ona baxıram. Ata- analarını çoxdan itiriblər” .

Həmçinin şəhidimizin qardaşı Səbuhi Əhmədov qardaşı ilə fəxr etdiyini deyib:

“Gizir idi. Hərbiyə gedəndə həmişə deyirdi ki, “mənimlə fəxr edəcəksən”. Dediyini edərdi. Üç gün əvvəl zəng etmişdi. Düşmən tərəfdə atışma olduğunu dedi. Səhəri günü danışdıq. Dünən artıq qardaşım şəhid oldu. Mənim üçün onun itkisi nə qədər çətin olsa da, qardaşımla fəxr edirəm. 2 yaşımızdan ata-anamızı itirmişik”.

Aynurə Xudaverdiyeva

Paylaş:
643

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər