Azərbaycanda “TikTok” və “Telegram”a məhdudiyyət qoyulub? - Rəsmi AÇIQLAMA - YENİLƏNİB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "TikTok" və “Telegram” sosial şəbəkələrinə girişlə əlaqədar hər hansı məhdudiyyət tətbiq olunmayıb.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən 1news.az-ın sorğusuna cavab olaraq bildirilib.
***
Saat 15:57
Azərbaycanda bəzi sosial şəbəkə istifadəçiləri “TikTok” və “Telegram”a daxil olmaqda çətinlik çəkdiklərini bildirirlər.
1news.az xəbər verir ki, bir neçə dəqiqədir bu sosial şəbəkələrə məhdudiyyət tətbiq edildiyi iddia olunur.
678