Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulması yekunlaşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulması yekunlaşıb - FOTO

Qafar Ağayev16:20 - 15 / 09 / 2022
Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulması yekunlaşıb - FOTO

Yol infrastrukturunun yenidən qurulması ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Oğuz-Şəki avtomobil yolunun əsas hissəsinin yenidən qurulması yekunlaşıb. Belə ki, 34.6 km uzunluğa malik yolun 7 km-i 3-cü texniki dərəcəyə uyğun, 27.6 km-i isə 2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulub.

Agentlikdən 1news.az-a bildirilib ki, yolboyu genişləndirmə işləri icra olunub, yolun köhnə örtüyü sökülüb, zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Lazımi tikinti materialından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilib. Bundan başqa zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb, su keçidləri inşa edilib. Yolboyu aşınma qatı da daxil olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.

Layihə çərçivəsində Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni körpünün inşası həyata keçirilib. Yeni 1 aşırımlı avtomobil körpüsünün uzunluğu 15 metr, eni isə 13 metr təşkil edir.

Daşağıl çayı üzərində 132, Küngüt çayı üzərində 78, Kiş çayı üzərində 420, Qurcana çayı üzərində isə 42 metr uzunluğunda olan mövcud körpülər üzrə isə nəzərdə tutulan təmir işləri yekunlaşıb. Yolboyu zəruri olan yerlərdə dəmir-beton istinad divarlarının və beton küvetlərin tikintisi də layihə üzrə yerinə yetirilib.

Layihədə nəzərdə tutulan 3.4 km-lik Oğuz şəhərinə giriş yolu da artıq yenidən qurulub.

9 km uzunluğa malik “Şəki dairəvi yolu”nun (Zərifə Əliyeva və Salman Mümtaz küçələri) 1 və 2-ci texniki dərəcəyə uyğun, 3.2 km-lik Şəki şəhərinə giriş yolunun isə 3-cü texniki dərəcəyə uyğun əsaslı şəkildə təmiri də son mərhələdə davam etdirilir. Belə ki, Şəki dairəvi yolunun 3.1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) 2 hərəkət zolaqlı olmaqla yenidən qurulub, yolun 6 km-lik hissəsinin isə (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla tikintisi, həmçinin Şəki şəhərinə giriş yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşmaq üzrədir.

Görülən işlərə paralel olaraq, zəruri olan yerlərdə yol nişanları, məlumatverici lövhələr, siqnal dirəkləri, dayanacaq, əyrixətli dəmir tirlərin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərin, piyada zolaqlarının çəkilməsi işləri də yerinə yetirilib.

Sözsüz ki, avtomobil yolunun yenidən qurulması ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

Paylaş:
276

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər