Şəhidlərin dəfnində dini şüarların səsləndirilməsi kimə və nəyə xidmət edir? - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəhidlərin dəfnində dini şüarların səsləndirilməsi kimə və nəyə xidmət edir? - ŞƏRH

17:59 - 15 / 09 / 2022
Şəhidlərin dəfnində dini şüarların səsləndirilməsi kimə və nəyə xidmət edir? - ŞƏRH

Son günlərdə sosial şəbəkələrdə şəhidlərin dəfn mərasimi zamanı dini şüarların səsləndirməsi əhali arasında etiraza səbəb olub.

1news.az xəbər verir ki, bir sıra sosial şəbəkə istifadəçiləri bu haldan narahat olduqlarını, İranın ideologiyasına xidmət etdiyini qeyd ediblər.

Bəzi tanınmış şəxslərin, sosial şəbəkə istifadəçilərinin paylaşımlarını təqdim edirik:

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, şəhidlərin dəfn mərasimində bu cür aksiyaların yaxşı qarşılanmır.

“Təəssüf ki, şəhidlərin dəfnində kimlərsə siyasi məqsədlər üçün istifadəyə cəhd edirlər. Bu gün Azərbaycanda bütün dinlərin, məzhəblərin fəaliyyətinə imkan verilir. Azərbaycanın əhalisinin dinə böyük inamı, etiqadı, əhli-beytə böyük sevgisi var.

Bu halların qarşısını almaq üçün din siyasətimizi təkmilləşdirməliyik. Bu gün Azərbaycan dövlətinin qarşısında duran ən mühüm məsələlərdən biri də dini təhlükəsizliyimizin təmin edilməsidir. Əgər biz bu kimi məsələlərə həssas, diqqətlə yanaşmasaq, sonrakı dövrdə çox ciddi çətinliklər çəkəcəyik.

Bir-iki nəfərin öz dini inacından dolayı şüarlar səsləndirməsi başadüşüləndir. Amma 150-200 gəncin bir dəfn mərasimində iştirakı hansı təsadüfi hal ya öz istəyi ilə ola bilər?!

Dövlət olaraq dinin əleyhinə deyilik. Mən özüm də ilahiyyatçıyam. Amma ölkəmizdə dini siyasiləşməməyini istəyirik. Dinin əsas hədəfi məqsədi insanlara saflıq, təmizlik, ədalət təbliğ etməkdir. Şəhid dəfn mərasimlərində hamısında təşkil olunmuş o cür şüarlar səsləndirən qrupların rəhbərləri vardı. Burada siyasi məqsəd olmamalıdır. Bu gün də əsas məğz budur”.

İlahiyyatçı Elşad Miri isə, bu cür hərəkətlərin dində ayrı-seçkilik salmaq olduğunu dedi:

“Bu cür şüarlar səsləndirmək bir növ ayrıseçkilik salmaq, qruplaşma yaratmaqdır, məzhəb fərqləri qoymaqdır. Həm də təəssüflər olsun ki, İran kimi ölkələrin ideologiyasına xidmət etməkdir. Ona görə bu cür məsələlərdən yayınmaq daha məqsədə uyğundur. Bir də bəzi ölkələrdə olduğu kimi həqiqətən də şəhidlərin dəfni ilə bağlı müxtəlif prosedurlar var həmin o prosedurlar həyata keçirilərsə, bu məsələlərə heç ehtiyac da qalmaz. Təbii ki, bundan sonra istəmərik şəhid dəfni olsun, amma olsa da qeyd etdiyim kimi dəfn etmək daha məqsədə uyğun olar”.

Məsələyə Daxili İşlər Nazirliyi də münasibət bildirib. Bununla əlaqədar mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbut Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib:

"Bir sıra sosial şəbəkə istifadəçiləri öz səhifələrində postlar paylaşaraq şəhidlərimizin dəfni zamanı sanki naməlum istiqamətdən yönəldilmiş bir qrup şəxsin mərasimlərə qatılaraq səs-küy salmaları və dini şüarlar səsləndirmələrini narahatlıqla qeyd edərək hüquq mühafizə orqanlarından belə şəxsləri həmin mərasimlərə buraxmamağı xahiş edirlər. Sosial şəbəkələrdəki qeyd olunan müraciətlərin müəlliflərinə vətəndaş mövqeyi sərgilədikləri üçün təşəkkür edir və onların narahatlıqlarını anlayışla qarşılayırıq.

Bildirim ki, şəhidlərimizin dəfni zamanı ərazidə ictimai asayişin qorunmasını həyata keçirən polis əməkdaşları orada baş verənləri müşahidə edirlər. Sadəcə, dəfn mərasimində hər hansı bir insidentin baş verməməsi üçün yersiz səs-küy qaldıran həmin şəxsləri oradan uzaqlaşdırmırlar. Lakin, mərasimlər başa çatdıqdan sonra qeyd olunan şəxslərin ətrafında müvafiq araşdırmalar aparılaraq tədbirlər görülür” - deyə, o əlavə edib.

Aynurə Xudaverdiyeva

Paylaş:
1001

Son xəbərlər

Riyad Qasımov: Bakının Baş planı ilə bağlı ictimai müzakirələr aparılırBu gün, 12:13COP29 çərçivəsində Bank Respublika və FMO arasında böyük kredit sazişi imzalandı Bank Respublika Niderland İnkişaş Bankından yaşıl kredit cəlb etdiBu gün, 12:07Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər məsuliyyətə cəlb olunubBu gün, 11:50Ötən həftə azad olunan ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 11:35İlham Əliyev Palau Prezidenti ilə görüşübBu gün, 11:27Prezident Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşübBu gün, 11:25Yağışlı havaya təsadüf edən COP29-un 8-ci günü - İştirakçılar ilk gündəki həvəslə gəlir - FOTOREPORTAJBu gün, 11:12Dövlət başçısı Oman Sultanına təbrik məktubu ünvanlayıbBu gün, 11:0719 yaşlı tələbə qəfil vəfat etdiBu gün, 10:54Xəzər dənizi səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsi haqqında Bəyannamə qəbul olunubBu gün, 10:47Füzulidə qadın keçmiş əri tərəfindən qətlə yetirilib - FOTOBu gün, 10:24AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 10:05Astarada piyada ölümü ilə nəticələnən yol qəzası olubBu gün, 09:48Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıbBu gün, 09:35Bakıda və Abşeron yarımadasında yağış yağır - FAKTİKİ HAVABu gün, 09:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıbBu gün, 08:57"Azerbaijan Green Energy Company" MMC COP29-da bərpa olunan enerjiyə yatırımlar istiqamətində panel müzakirəsi təşkil edib - FOTO17 / 11 / 2024, 13:18ASCO-nun sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub16 / 11 / 2024, 22:436 gündür Bakıda COP29 həyəcanı davam edir - FOTOREPORTAJ16 / 11 / 2024, 20:13
Bütün xəbərlər