Bakıda evdən külli miqdarda pul oğrulandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda evdən külli miqdarda pul oğrulandı

10:41 - 16 / 09 / 2022
Bakıda evdən külli miqdarda pul oğrulandı

Bakıda evdən 11000 manat və 4600 dollar oğurlanıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə sentyabrın 14-də rayon ərazisindəki mənzillərin birindən 11000 manat və 4600 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini F.Mehdiyeva müəyyən olunaraq saxlanılıb.

Paylaş:
409

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər