Şəmkirdə 30.000 manatlıq qızıllar oğurlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkirdə 30.000 manatlıq qızıllar oğurlandı

12:27 - 16 / 09 / 2022
Şəmkirdə 30.000 manatlıq qızıllar oğurlandı

Şəmkirdə mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 1news-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması məlumatı daxil olub.

Keçirilən əməliyyatla oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb. Araşdırma aparılır.

Paylaş:
311

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

19 / 07 / 2025, 13:52
Bütün xəbərlər