“Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir” - Sevinc Fətəliyeva | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir” - Sevinc Fətəliyeva

12:56 - 17 / 09 / 2022
“Ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir” - Sevinc Fətəliyeva

"Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət kəsb edir".

1news.az-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycanın təşkilata üzv ölkələrlə geniş ikitərəfli münasibətləri mövcuddur. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əlaqələr isə bu münasibətləri daha da gücləndirir. Sentyabrın 15 və 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən təşkilatın sammitinə Prezident İlham Əliyevin dəvət olunması ölkəmizin və dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Cənab Prezident sammit çərçivəsində bir sıra ölkələrin dövlət başçıları ilə səmərəli görüşlər keçirib, ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər müzakirə olunub.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev sammitdə dərin məzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu vurğulayıb. Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Cənab Prezident çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətini də bu kontekstdə diqqətə çatdırıb. Dövlətimizin başçısı çıxışı zamanı Ermənistanın dövlət sərhədində törətdiyi son təxribatlardan da danışıb və regionda sülhün təmin edilməsinin zəruriliyini vurğulayıb.
Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan bir neçə ildir Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı kimi təmsil olunur. Eyni zamanda, təşkilata müşahidəçı statusunda üzv qəbul edilməsi üçün müraciət edib. Səmərqənd sammiti Azərbaycanın bu təşkilatla əlaqələrinin daha da güclənməsində öz töhfəsini verəcək. Sammitin yekunu olaraq qəbul edilmiş Səmərqənd Bəyannaməsində də qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri nəzərdə tutulur.

1news.az

Paylaş:
309

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər