Erməniləri dəstəkləyən ukraynalı müğənninin Bakıda keçiriləcək konserti ləğv olundu | 1news.az | Xəbərlər
Mədəniyyət

Erməniləri dəstəkləyən ukraynalı müğənninin Bakıda keçiriləcək konserti ləğv olundu

Qafar Ağayev14:02 - 19 / 09 / 2022
Erməniləri dəstəkləyən ukraynalı müğənninin Bakıda keçiriləcək konserti ləğv olundu

Ukraynalı müğənni Tina Karolun noyabrın 15-də Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılan konserti ləğv edilib.

1news.az xəbər verir ki, bu barədə iTicketin “İnstagram” sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir.

Konsertin ləğvi ilə bağlı məlumatda işğalçı Ermənistan rejimini dəstəkləyən sənətçiyə Azərbaycan səhnəsində yer olmadığı qeyd olunub.

Bundan əvvəl T.Karol “İnstagram”da hekayə bölməsində “Ermənistana hücum edilir” və “ermənilərin həyatı önəmlidir” başlıqlı yalan məlumatlar paylaşmışdı.

Bundan əlavə, eyni səbəbdən məşhur ukraynalı artist Maks Barskinin konserti ləğv edilmişdi .

Xatırladaq ki, ermənilərin növbəti genişmiqyaslı təxribatının qarşısını alaraq Silahlı Qüvvələrin 80 hərbçisi şəhid olub.

Paylaş:
1876

Son xəbərlər

Bütün xəbərlər