Azərbaycanda 1652 aktiv koronavirus xəstəsi var - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 1652 aktiv koronavirus xəstəsi var - STATİSTİKA

Qafar Ağayev16:47 - 19 / 09 / 2022
Azərbaycanda 1652 aktiv koronavirus xəstəsi var - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 70 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 819 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 050 nəfər müalicə olunaraq sağalıb, 9 886 nəfər vəfat edib, aktiv xəstə sayı 1 652 nəfərdir.

Ölkədə son sutka ərzində 1 788, hazırkı dövrədək isə 7 217 551 test aparılıb.

Paylaş:
641

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər