Dövlət Turizm Agentliyi elan etdiyi qrant müsabiqəsinin qaliblərini açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Turizm Agentliyi elan etdiyi qrant müsabiqəsinin qaliblərini açıqlayıb

Qafar Ağayev10:10 - 19 / 09 / 2022
Dövlət Turizm Agentliyi elan etdiyi qrant müsabiqəsinin qaliblərini açıqlayıb

Azərbaycanda turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların və tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə işinin həyata keçirilməsi məqsədi ilə Dövlət Turizm Agentliyinin elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

1news.az-a bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, ümumi layihələr keyfiyyəti, icra potensialı və sosial-iqtisadi təsirləri kimi qiymətləndirmə meyarlarına, tədqiqat layihələri isə əsaslandırılması və aparılma metodologiyası, icra potensialı və büdcəsinin uyğunluğu, aydın təsvir edilməsi kimi qiymətləndirmə meyarlarına uyğun olmaqla rəqabətlilik prinsipləri əsasında seçilib. Qiymətləndirmə nəticəsində minimum keçid 48 balı toplayan 10 layihə aşağıdakılardır:

  1. “Kənd turizminin inkişafına mane olan sosial problemlərin həllinə dəstək” (“Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyi)
  2. “Ölkədəki təbiət və dağ bələdçilərinin peşəkarlığının artırılması üzrə təlim düşərgəsi” (Səmədli Müşfiq Rauf oğlu)
  3. “Şəkidə kəlağayı emalatxanasının turizm məhsulu və təcrübəsi kimi abadlaşdırılması və ənənəvi kəlağayı sənətinin gənc nəslə öyrədilməsi” (“Qeyri-maddi mədəni irsə dəstək” İctimai Birliyi)
  4. “Şəkinin dünya əhəmiyyətli memarlıq abidələrinin təbliği və onların üzərindən turizm marşrutlarının yaradılması” layihəsi (“İCOMOS Azərbaycan” İctimai Birliyi)
  5. “Gəncə şəhərində və Gəncə ətrafında qeyri-mehmanxana qonaqlama imkanlarının artırılması məqsədilə mikro sahibkarlara dəstək və onların bacarıqlarının artırılması” (Hüseynova Sevinc Xankişi qızı)
  6. “Turizm sahəsində fəaliyyət göstərən qadın sahibkarların fəaliyyətinin Qarabağ və ətraf rayonlarda genişləndirilməsi və turizm üzrə kadr hazırlığına dəstək” (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası)
  7. “İsmayıllı rayonun Sulut bələdiyəsinin ərazisində turizm” (Rəsulov Fuad Nizami oğlu)
  8. “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi (Ağsu rayonu Gəgəli bələdiyyəsi)
  9. “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi” (“Viləş Turizm” MMC)
  10. “Ənənəvi Azərbaycan ornamentləri və simvolikası” mədəni turizm marşrutu üçün tədqiqat işinin aparılması və bunun əsasında marşrut pasport nümunəsinin hazırlanması” (Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyi)

256 layihədən 128-i elan edilmiş müsabiqə mövzularına uyğun gəlmədiyinə və ya təqdim olunan layihə sənədlərində çatışmazlıq aşkar olunduğuna görə qiymətləndirmə mərhələsinə keçməyib. 128 layihə isə ekspertiza mərhələsindən keçərək müvafiq Qiymətləndirmə Komissiyasına təqdim edilib.

Paylaş:
205

Son xəbərlər

MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!Bu gün, 18:13DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edibBu gün, 17:48Qısamüddətli geomaqnit qasırğası gözlənilirBu gün, 17:43Ceyms O’Brayn: Azərbaycan NATO sammitinə dəvət olunubBu gün, 17:41Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənibBu gün, 17:38İKTA Elektromaqnit sahəsinin insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıbBu gün, 17:31Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini çatdırıbBu gün, 17:30Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov dəfn edilib - FOTOBu gün, 17:08Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilibBu gün, 16:58Bakının iki rayonunda işıq olmayacaqBu gün, 16:56Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıbBu gün, 16:48Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilibBu gün, 16:31Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTOBu gün, 16:30ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyirBu gün, 16:17Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 16:02Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdıBu gün, 15:44Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlərBu gün, 15:37Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edibBu gün, 15:21Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİBBu gün, 15:14Milli Məclis buraxıldı, növbədənkənar seçkilərin keçiriləcəyi vaxt bəlli oldu - SƏRƏNCAMBu gün, 15:08
Bütün xəbərlər