Keçmiş arvadını qətlə yetirən şəxs məcburi müalicəyə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçmiş arvadını qətlə yetirən şəxs məcburi müalicəyə göndərilib

14:50 - 20 / 09 / 2022
Keçmiş arvadını qətlə yetirən şəxs məcburi müalicəyə göndərilib

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Ramil Rəhmanovun məhkəməsi başa çatıb.

1news.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Rəhmanovun qətli törətdiyi vaxt anlaqsız olduğu müəyyən edilib və o 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib.

Xatırladaq ki, R.Rəhmanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

İttihama görə, həyat yoldaşının xəyanət etdiyini düşünən R.Rəhmanov boşanıb. Bir müddətdən sonra o keçmiş həyat yoldaşı Svetlana Məmmədovanın küçədə başqa avtomobilə əyləşdiyini görüb. Həmin gün o S.Məmmədovanı küçədə tutaraq boş sahəyə aparıb və orada onun boğazını kəsərək qətlə yetirib.

1news.az

Paylaş:
218

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər