Şahdağ Milli Parkının yanğına məruz qalmış sahələrində bərpa tədbirləri aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahdağ Milli Parkının yanğına məruz qalmış sahələrində bərpa tədbirləri aparılır

Qafar Ağayev17:22 - 20 / 09 / 2022
Şahdağ Milli Parkının yanğına məruz qalmış sahələrində bərpa tədbirləri aparılır

Şahdağ Milli Parkının Oğuz bölməsinin yanğından zərər görmüş sahələrində payız mövsümündə toxum səpilməsi məqsədilə təmizlənmə işlərinə başlanıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva 1news.az-a bildirib ki, milli parkın ərazisi yanaraq bioloji inkişafdan qalmış, yanğın təhlükəsi yarada biləcək yıxılmış quru ağaclardan və kollardan təmizlənir.

“Yanmış ərazilər təmizləndikdən sonra payız mövsümündə milli parkdakı ağaclardan toplanmış toxumlardan istifadə olunaraq ərazidə bərpa tədbirləri aparılacaq”.

Xidmət rəsmisi qeyd edib ki, aparılan təmizləmə işləri ilə yanaşı, milli parkda mineral zolaqlar çəkilir, yanğın təhlükəsi yarandıqda texnikanın əraziyə maneəsiz, rahat daxil ola bilməsi üçün isə Fövqəladə Hallar Nazirliyi ilə birgə yanğından mühafizə yollarının açılması planı hazırlanır və yaxın zamanlarda icra olunacaq.

Paylaş:
480

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər