“Bacardım!”: Sığınacaqlarda yaşayan uşaqların həyatının yaxşıya doğru dəyişməsi ilə bağlı hekayə - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bacardım!”: Sığınacaqlarda yaşayan uşaqların həyatının yaxşıya doğru dəyişməsi ilə bağlı hekayə - FOTO

17:32 - 20 / 09 / 2022
“Bacardım!”: Sığınacaqlarda yaşayan uşaqların həyatının yaxşıya doğru dəyişməsi ilə bağlı hekayə - FOTO

“Xeyirxahlıq dünyanı xilas edəcək” fikrini uşaqlıqdan hamımız mənimsəmişik.

Onu da bilirik ki, hətta ən kiçik yaxşı hərəkət belə ətrafımızdakı dünyanı daha təmiz, işıqlı və pozitiv edə bilər. Unutmayaq ki, xeyirxah əməl etmək üçün böyük səy göstərməyə ehtiyac yoxdur. Bunun üçün sadəcə başqalarına qarşı həssas və diqqətli olmaq kifayətdir.

Xeyirxahlıq - ətrafımızdakılara qarşı diqqət, qayğı və təmənnasız sevginin təzahürüdür. O, dünyanı o zaman yaxşılığa doğru dəyişə bilər ki, nə işlə məşğul olmağımızdan və cəmiyyətdəki mövqeyimizdən asılı olmayaraq hər birimiz ətrafımızda olan tanıdığımız və tanımadığımız insanlara, xüsusən də cəmiyyətin həssas qruplarına qarşı hərəkətlərimiz və münasibətimiz haqqında düşünək.

Xeyirxahlıq hər birimizi dəyişmək iqtidarındadır. Yaxşı tərəfə yaxşı əməllər edərək xeyirxahlıq nümayiş etdirənlər və bu xeyirxahlıqdan faydalananlar dəyişir. Bu qapalı dairə həyatı və gələcəyi müsbətə doğru dəyişə bilər. Bu, xüsusən də diqqətə, xeyirxahlığa və qayğıya ehtiyacı olanlara aiddir. Söhbət sığınacaqlarda tərbiyə alan, LU-MUN Holdingin təşkil etdiyi xüsusi “Bacardım!” layihəsində iştirak etmiş uşaqlardan gedir.

Sığınacaqlarda tərbiyə olunan uşaqların sərbəst həyata hazırlanması cəmiyyətin prioritet vəzifələrindən biridir. Sığınacaqlarda yaşayan uşaqların əlavə təhsil və inkişafına yönəlmiş Azərbaycanın ilk düşərgəsi olan “Bacardım!” yay düşərgəsinin keçirilmə fəlsəfəsinin əsasını məhz bu ideya təşkil edir. Yaradıldığı gündən etibarən insan kapitalının inkişafını və faydalı layihələrin icrasını qarşıya məqsəd qoyan LU-MUN Holding digər şirkətləri də “Bacardım!” kimi sosial təşəbbüslərdə iştiraka təşviq edir.

Heç kimə sirr deyil ki, sığınacaqlarda tərbiyə olunan uşaqlar böyüklərə etibarın itirilməsi ilə əlaqəli mənfi həyat təcrübəsinə malik olurlar, bu isə hazırki məqamın qeyri-adekvat qavranmasına, motivasiya azlığına, gələcək sərbəst həyat haqqında özünü doğrultmamış gözləntilərə və sosial adaptasiya baxımından problemlərə səbəb olur. Bütün bu amillər əsas məqsədi həssas qruplardan olan uşaqlara və gənclərə sərbəst həyata hazırlanmaqda və yetkinlik həyatına sağlam daxil olmaqda kömək göstərilməsi olan düşərgənin proqramının hazırlanmasında nəzərə alınıb.

30 uşağın iştirak etdiyi tədbir avqustun 29-dan sentyabrın 2-dək Quba rayonu ərazisində yerləşən uşaq düşərgəsində təşkil edilib. Onlar müxtəlif mövzulu təlimlərdə və ustad dərslərində fəal iştirak edib, fərdi psixoloji konsultasiyaların iştirakçısı olublar. Bu müfəssəl proqram emosional intellektin inkişafı, stresin idarə olunması, maliyyə savadlılığı, sağlam həyat tərzi və sağlam vərdişlər, mütaliənin gücü, ünsiyyət vərdişləri, təhsilin vacibliyi, sahibkarlıq, özünüməşğulluq, sosial şəbəkələrdən istifadə, qarşıya qısamüddətli və uzunmüddətli məqsədlərin qoyulması və digər müxtəlif mövzulara həsr olunmuş təlimlərdən ibarət olub.

Layihə çərçivəsində düşərgə iştirakçılarının gündəlik asudə vaxtının təşkilinə xüsusi diqqət ayrılıb. Belə ki, iştirakçılara peşəkarların təşkil etdiyi yoqa və meditasiya məşğələlərə qoşulmaq, həmçinin üzgüçülük, tennis və digər idman növləri ilə məşğul olmaq imkanı yaradılıb. Sərbəst vaxtı gənclər Azərbaycanın ən gözəl şəhərlərindən biri olan Qubada gəzintiyə çıxıblar. Bu gəzinti də, ümumilikdə “Bacardım!” layihəsi kimi müsbət təəssüratlarla yadda qalıb. Beşgünlük düşərgə haqqında təəssüratları ilə bölüşən tədbir iştirakçıları sığınacağın hüdudlarından kənarda müxtəlif təlimlərin keçirilməsindən və ünsiyyətdə olmaqdan məmnun qaldıqlarını bildiriblər. Uşaqlar “Bacardım!” yay düşərgəsi sayəsində biliklərini artırdıqlarını və əldə etdikləri bilikləri gələcək həyatlarında mütləq tətbiq edəcəklərini deyiblər.

Gördüyünüz kimi xeyirxahlıq, qayğı və məsuliyyət sığınacaqda yaşayan uşaqların həyatını və gələcəyini müsbətə doğru dəyişmək iqtidarındadır. Bunun üçün hər birimiz qəlbimizdə bu keyfiyyətlər üçün “yaşıl işıq” yandırmalıdır. Gəlin başqalarının həyatını yaxşıya doğru dəyişməyə davam edək. Bunu etməyin yollarını öyrənmək üçün materialın ardı ilə tanış ola bilərsiniz.

“Bacardım!” layihəsinin təşkili sosial məsuliyyəti sözdə deyil, əməldə həyata keçirən müxtəlif şirkətlərin və şəxslərin birgə səyləri və birləşməsi nəticəsində mümkün oldu. LU-MUN Holding, “Macəra Lake” oteli, “Greenwich Travel” şirkəti, İsrailin Azərbaycandakı səfirliyi və onlarla digər şəxs düşərgənin baş tutmasına öz töhfəsini verib.

Korporativ sosial məsuliyyət çərçivəsində yeni layihələr işləyib hazırlamaqla Azərbaycanda cəmiyyətin inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına ciddi təsir göstərmək olar. LU-MUN Holding cəmiyyətin daha yaxşı olmasına kömək etmək istəyən şəxsləri və təşkilatları axtarır, Azərbaycanın hər bir sakininin inkişafına töhfə vermək istəyən, yaratmaq və yaşamaq istəyi ilə mərhəməti özündə birləşdirən şəxsləri kollektivə cəlb edir.

İştirak edə biləcəyiniz təşəbbüslər və layihələr daha ətraflı məlumat əldə etmək üçün bu keçiddən istifadə edə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1026

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər