“Əl Cəzirə”də azad edilmiş ərazilər barədə reportaj yayımlanıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əl Cəzirə”də azad edilmiş ərazilər barədə reportaj yayımlanıb - VİDEO

Qafar Ağayev17:52 - 20 / 09 / 2022
“Əl Cəzirə”də azad edilmiş ərazilər barədə reportaj yayımlanıb - VİDEO

“Əl Cəzirə“ telekanalında işğaldan azad edilmiş ərazilərlə bağlı reportaj yayımlanıb.

1news.az-ın xəbərinə görə, telekanalın reportyoru Çarlz Stratford bildirir ki, 2020-ci ildə baş verən müharibə nəticəsində Azərbaycan Ordusu 30 illik işğala son qoyub.

Reportyor tamaşaçıların diqqətinə azad edilmiş ərazilərdəki mina problemini də çatdırır.

Reportajda Azərbaycanın bu ərazilərdə infrastrukturun qurulması üçün milyard dollarla vəsait xərclədiyi, eyni zamanda, yeni yollar və tunellərin inşa olunduğu da yer alıb.

“Zəfər yolu” adlı yeni çəkilən yol bizi Qarabağa, Şuşa şəhərinə aparır. Bu şəhər də iki il əvvəl müharibə zamanı azad olunub. Azərbaycan üçün çox vacib mədəniyyət paytaxtı olan Şuşa hələ də dağıntılar içərisindədir. Bir zaman elm və sənət adamlarının yaşadığı evlərin, həmçinin məscidlərin renovasiyası davam edir. Ancaq şəhərə hələ sakinlər dönməyib, burada yalnız hərbçilər və tikinti işçiləri var”, - reportyor bildirib.

Reportajda Azərbaycanın Xankəndi şəhəri haqqında da məlumat verilib. Qeyd olunub ki, qondarma “respublikanı” dünyanın heç bir ölkəsi tanımayıb və Qarabağın ən böyük şəhəri Xankəndidir.

“Əl Cəzirə“nin reportyoru Laçın dəhlizindən də danışıb, ərazidəki Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə toxunub.

Reportajda Rusiya üzrə analitik Devid Keransın Rusiya-Azərbaycan münasibətlərinə dair fikirləri də yer alıb.

Paylaş:
299

Son xəbərlər

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar12 / 10 / 2024, 18:10Cəlilabadda toy maşını qəzaya düşüb - FOTO12 / 10 / 2024, 17:44Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA12 / 10 / 2024, 17:06Mingəçevirdə oğul atasını döyərək öldürüb12 / 10 / 2024, 16:36Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb12 / 10 / 2024, 16:01Rəsmi Bakıdan Paşinyana cavab12 / 10 / 2024, 15:13Niderland Parlamentində qəbul edilmiş sənədlər açıq-aşkar qərəzlidir və azərbaycanlılara qarşı ayrı-seçkiliyin nümayişidir12 / 10 / 2024, 14:44Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirməkdə şübhəli bilinən qadın saxlanılıb12 / 10 / 2024, 14:23Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib12 / 10 / 2024, 14:04Everest zirvəsinin ətəyində 100 il əvvəl itkin düşmüş alpinistin geyim əşyaları tapılıb12 / 10 / 2024, 13:42FHN: Ötən sutka 27 yanğına çıxış olub12 / 10 / 2024, 13:18Dünya bazarlarında qızıl və gümüş bahalaşıb12 / 10 / 2024, 12:56Bazar gününün hava proqnozu12 / 10 / 2024, 12:39Zakir Həsənovun rəhbərliyi ilə Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib12 / 10 / 2024, 12:13Azərbaycan nefti bahalaşıb12 / 10 / 2024, 11:47İlham Əliyev İspaniya Kralını təbrik edib12 / 10 / 2024, 11:34ASCO-nun yeni “Handysize” tipli yük gəmisi “Murovdağ” adlandırılacaq12 / 10 / 2024, 11:25“Bakı COP fərqli və effektiv platforma olacaq”12 / 10 / 2024, 11:19Şimşək çaxıb, arabir leysan yağış yağıb - FAKTİKİ HAVA12 / 10 / 2024, 11:03Yasamalda mağaza mühafizəçisini hədələyərək oğurluq edən şəxs saxlanılıb12 / 10 / 2024, 10:39
Bütün xəbərlər