Deputat Anjelina Coliyə bənzədilməsi ilə bağlı iddialardan danışdı: “Tamamilə yalandır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat Anjelina Coliyə bənzədilməsi ilə bağlı iddialardan danışdı: “Tamamilə yalandır”

Qafar Ağayev10:42 - 20 / 09 / 2022
Deputat Anjelina Coliyə bənzədilməsi ilə bağlı iddialardan danışdı: “Tamamilə yalandır”

Deputat Fatma Yıldırım sosial şəbəkələrdə onun adından yayılan sitatda onun guya məşhur aktrisa Ancelina Coliyə bənzədilməsi haqda iddialara aydınlıq gətirib.

Bu barədə 1news.az-a danışan deputat bildirib ki, ötən gündən sosial şəbəkələrdə onun adından həqiqəti əks etdirməyən, feyk xəbərlər paylaşılır.

"Diqqətinizə çatdırmaq istəyirəm ki, şəxsim mövzusunda heç bir jurnalistə müsahibə verməmişəm. Adımdan heç bir mənbəyə əsaslanmayan və sosial şəbəkələrdə paylaşılan böhtan xarakterli məlumatlar tamamilə yalandır! Bu gün başlıca hədəfimiz Ermənistanın təxribatçı əməllərinin dünya ictimaiyyətinə çatdırılmasına nail olmaq, düşmənin törətdiyi təxribatların qarşısını alarkən canlarını qurban vermiş şəhidlərimizin ailələrinin və yaralılarımızın yanında olmaq, ən əsası isə dövlətçiliyimizin keşiyində dayanmaqdır!", - deyə deputat vurğulayıb.

Paylaş:
635

Son xəbərlər

Bütün xəbərlər