Mingəçevirdə brakonyer dövlət xidmətinin əməkdaşlarına xəsarət yetirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə brakonyer dövlət xidmətinin əməkdaşlarına xəsarət yetirib

Qafar Ağayev12:54 - 20 / 09 / 2022
Mingəçevirdə brakonyer dövlət xidmətinin əməkdaşlarına xəsarət yetirib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəisi Hikmət Əlizadə 1news.az-a bildirib ki, brakonyer xidməti vəzifələrini yerinə yetirən əməkdaşların qanuni tələblərinə tabe olmayaraq onların olduğu qayığa yanacaq tökərək yandırıb. Hadisə nəticəsində müfəttiş Bəhruz Mustafayev yüngül yanıq xəsarətləri alıb.

“Hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat verilib, polisin operativ müdaxiləsi nəticəsində təqsirkar şəxs saxlanılıb. Hazırda faktla bağlı polis şöbəsində araşdırma aparılır”.

Paylaş:
232

Son xəbərlər

Bütün xəbərlər