Payız fəsli bu tarixlərdə daxil olacaq

Bu il payız fəsli Azərbaycana sentyabrın 23-də, Bakı vaxtilə saat 05:03-də daxil olacaq.
1news.az xəbər verir ki, bu haqda N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının saytında məlumat verilib.
Məlumata görə, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək şimal yarım kürəsindən cənub yarımkürəsinə keçəcək və həmin andan şimal yarımkürəsində payız fəsli başlayacaq.
342