Keyfiyyətli kontent necə çəkilməlidir? - Tanınmış bloqerlərin məsləhətləri | 1news.az | Xəbərlər
Cəmiyyət

Keyfiyyətli kontent necə çəkilməlidir? - Tanınmış bloqerlərin məsləhətləri

15:04 - 21 / 09 / 2022
Keyfiyyətli kontent necə çəkilməlidir? - Tanınmış bloqerlərin məsləhətləri

Hələ bir neçə il əvvəl hesab olunurdu ki, cəmiyyətin şüurunu mətbuat formalaşdırır. Bu gün bu missiyanı instabloqerlər və influenserlər öz üzərinə götürüblər.

Dünya görüşünüz və yaradıcı inkişafınız sosial şəbəkələrdə kimi izlədiyinizdən asılıdır. Bəs kontent yaradılmasında bloqerlərin əsas köməkçisi nədir? Bu suala bu məqalədə cavab tapacaqsınız.

Günel Fərhadlı, fotoqraf, influenser

Mən artıq 8 ildir ki, bloq hazırlayıram. Bu “lifestyle”-səhifədə mən öz həyat tərzim, üstünlük verdiyim yeməklər, seçdiyim obrazlar və s. haqqında danışıram. Əsas peşəm fotoqraf olsa da, artıq özümü bloqer kimi hiss edirəm. Lovğalıq olmasın, amma mən hələ məktəb vaxtlarından populyarlığa öyrəşmişəm. Həmin vaxt sosial şəbəkələr indiki kimi inkişaf etməmişdi. Kollecdə, institutda da populyarlıq məni izləyirdi. Diqqət mərkəzində olmağa öyrəşmişəm və nə gizlədim, bu mənim xoşuma gəlir. Buna görə də “Instagram”da səhifə açandan sonra qısa zamanda populyarlıq qazanmağım mənim üçün təəccüblü olmadı.

Bloqunun uğurlu olması üçün daim öz üzərində işləməli, bütün trendləri izləməli və daim göz qabağında olmağa hazır olmalısan. Amma mənim üçün tabu da var. Bu, şəxsi həyat və ailədir. Səhifəmdə bu iki mövzu ilə bağlı postlar görə bilməzsiniz.

Peşəkar sifarişlər üçün çəkilişi kamera ilə etsəm də, öz “Instagram” səhifəm üçün telefonla çəkiliş edirəm. Sizə kiçik bir layfhak deyim: “Instagram”ın alqoritmləri elə qurulub ki, məhz telefonla çəkilmiş kadrlar daha çox irəli çəkilir. Həm də mən onsuz da 10 ildən çoxdur ki, “iPhone” smartfonlarından istifadə edirəm və onun yeniliklərini izləyirəm. Hazırda mənim seçimim “iPhone 13” telefonudur. Onun sayəsində çox əla kadrlar çəkə bilirəm. Çünki izləyicilər ilk növbədə keyfiyyətli vizual şəkillərə diqqət yetirirlər.

“The M.O.S.T” jurnalının PR və xüsusi layihələr üzrə direktoru Elçin Əmirov, “lifestyle”-bloqer

Mən Hüquq və Beynəlxalq diplomatik əlaqələr üzrə iki ali təhsil almışam. Uzun müddət bank və sığorta sektorlarında çalışmışam. Lakin bu müddət ərzində özümü tam realizə etdiyimi düşünmürəm. Yalnız təsadüf nəticəsində çap mediasına gəldikdən sonra hər şey öz yerini aldı. Hazırda lüks həyatdan bəhs edən nəşrdə, həmçinin zərgərglik məmulatlarının və saatların pərakəndə satışı ilə məşğul olan böyük şirkətdə çalışıram.

Mənim işim ictimaiyyət və tanınmış şəxslərlə görüşlərlə, qapalı təqdimatlarda və tədbirlərdə iştirakla bağlıdır. Bütün bunlar “Instagram” səhifəmdə öz əksini tapır. Bir çoxları ən səs-küylü və qapalı tədirlərin kulis arxasında nələrin baş verdiyini səhifəmdən öyrənirlər. Burada həmçinin bazara çıxarılan ən möhtəşəm yeni məhsullar haqqında da öyrənmək mümkündür.

İşim məndən 24/7 rejimində əlaqədə qalmağı tələb edir. Buna görə də, mobil telefon hara getməyimdən asılı olmayaraq, mənim daimi yol yoldaşımdır. Lüks, ilk növbədə, yüksək keyfiyyət deməkdir, buna görə də mən çəkdiyim kontentə xüsusi diqqət ayırıram. “iPhone 13” bu işdə mənim əvəzolunmaz köməkçimə çevrilib. Mənim həyat şüarım belədir: “Əgər nəsə edirsənsə, bunu maksimum ehtirasla et”. Buna görə də, ehtiras rəngi olan qırmızı rəngdə smartfon seçməyim təsadüfi deyil.

Şəbnəm Mustafazadə, dizayner, “fashion”-bloqer

Sosial şəbəkələrdə fəaliyyətə 9 il əvvəl başlamışam. Əvvəlcə bloqum “Stylish talks” adlanırdı. Orada yalnız geyim seçimi ilə bağlı müxtəlif məqalələr və məsləhətlər paylaşırdım. Lakin, zaman keçdikcə insanlar bu məsləhətlərin kimə məxsus olduğu ilə maraqlanmağa başladılar və bloqum daha çox şəxsi xarakter aldı. Hazırda mənim “Instagram”da səhifəm, həmçinin xüsusi bloq saytım var. Məni daha çox maraqlandıran mövzular dəb və gözəlliklə bağlıdır. “Less is more” – mənim insanlara çatdırmaq istədiyim əsas ideyadır. İzləyicilərimə minimalizm ideyalarını təlqin edirəm, çünki istənilən vaxt makiyaj, aksesuar və s. baxımından ifrata vara bilərik. “İnsanı geyimlə qarşılayırlar” deyimi son dərəcə aktualdır. Sizi şəxsən tanımayan, sizi görməmiş, üslubunuzla tanış olmayan insanlarda sizin haqqınızda fikir formalaşır və bəzən bu fikirlər yanlış ola bilir.

Mən öz üslubumu iki sözlə təsvir edərdim – simple & effortless (sadə və səy tələb etməyən). Seçdiyim geyimin komfortlu və rahat olması mənim üçün çox önəmlidir. Hamilə olduğumu nəzərə alsaq, bu, xüsusilə vacibdir. Hamiləlik zamanı dəbli görünmək həm asandır, həm də çətin. Ona görə çətindir ki, qadına bədənindəki dəyişikliklərə uyğunlaşmaq üçün vaxt lazımdır. Ona görə asandır ki, fiquranın necə olmasından asılı olmayaraq, sərbəst “oversize” geyimlər həmişə yaxşı görünür. Ancaq etiraf etməliyəm ki, hamiləlikdən əvvəl belə geyimlərimin sayı çox deyildi, çünki boyumun balaca olması onları tez-tez geyməyə imkan vermirdi. Amma indi bu, mənim üçün ən əlverişli variantdır.

Artıq uzun müddətdir ki, mobil telefonlar kontent yaratmaq baxımından əksər bloqerlərin xilaskarına çevrilib. İndiki dövrdə çox az bloqer var ki, çəkilişlərini çox yer tutan və daşınması narahat olan peşəkar kameralarla çəkiliş edir. Üstəlik, mobil telefonlar çəkiliş keyfiyyəti baxımından çoxdandır kameralardan geri qalmır. Bu proses məndə avtomatik xarakter alıb, estetik baxımdan gözəl bir şey gördükdə əlim avtomatik olaraq telefona uzanır. Yadıma gələni həmişə “iPhone” smartfonlarından istifadə etmişəm. Başqa istehsalçıların modellərini sınamaq barədə heç vaxt düşünməmişəm. Hazırda “iPhone 13”dən istifadə edirəm və bütün kontenti də onunla çəkirəm.

Sirac Bəyalızadə, model, influenser

Model karyeram təsadüfən başlayıb. 2011-ci ildə məktəbi bitirmişdim. Reklam agentliklərindən birinin nümayəndəsi sosial şəbəkələrdə mənim şəklimi görüb şampun reklamının çəkilişində iştirak etməyi təklif etdi. İlk təcrübəm o qədər uğurlu alındı ki, mənə daimi əməkdaşlıq təklif etdilər. Təbii ki, razılaşdım, çünki televizor ekranında özümü görmək mənə çox xoş idi. Sonra karyeram yüksələn xətt üzrə inkişaf etdi, geyim nümayişlərində iştirak etməyə və podiuma çıxmağa başladım. Eyni zamanda sosial şəbəkələrdə populyarlığım artmağa başladı və müxtəlif agentliklərdən getdikcə daha çox təkliflər almağa başladım.

İnfluenser olmaq sadəcə model olmaqdan daha xoşdur. Çünki model kimi əsasən geyim brendləri ilə əməkdaşlıq edirdim. İndi isə müxtəlif məhsullar istehsal edən bir çox istehsalçı ilə əməkdaşlıq edirəm.

Müasir dünyada mobil telefon təkcə influenserlər üçün deyil, istənilən sahədə fəaliyyət göstərən insanlar üçün böyük rola malikdir. Amma təbii ki, bloqerlər və influenserlər üçün smartfonun təkcə zəng etmək və zəng qəbul etmək kimi birbaşa funksiyaları deyil, həm də onun kamerasının keyfiyyəti böyük əhəmiyyət kəsb edir. Mənim seçimim “iPhone 13”dür. O, həm gündəlik həyatımı asanlaşdıran, həm də izləyicilərimin bəyəndiyi kontenti çəkməyimə kömək edən bir çox müxtəlif xüsusiyyətlərə malikdir.

Reklam hüququnda

Paylaş:
1172

Son xəbərlər

Bu il 6 yeni bağça fəaliyyətə başlayıbBu gün, 11:19Sahibə Qafarova Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyətini qəbul edibBu gün, 11:09Milli Məclisə yeni “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi daxil olubBu gün, 10:55“Azərxalça” ilə “AZCHEMCO” əməkdaşlığa başlayıbBu gün, 10:41Bakıda məktəbli qız vəfat etdiBu gün, 10:39Milli Məclisdə Qərbi Azərbaycana qayıdışla bağlı dinləmə keçiriləcəkBu gün, 10:37“BMT TŞ-nin iclası Ermənistanın və onun bəzi havadarlarının siyasətlərinin iç üzünü göstərib” - İCMABu gün, 10:30Yekun müsahibədə uğur qazanan hakimliyə namizdələrin adları açıqlanıb - SİYAHIBu gün, 10:19“Veysəloğlu” rəhbərləri gənclərlə biznes təcrübələrini bölüşür-Yeni layihəBu gün, 10:05Dövlət Komitəsinin elan etdiyi “Ailə dəyərləri, qadın və uşaq hüquqlarının təbliği üzrə ən fəal bloger” müsabiqəsi davam edirBu gün, 10:00Turşu bağlayarkən səhvən sirkə içib öldüBu gün, 09:50Bakıda sürücüyə qarşı soyğunçuluq edilibBu gün, 09:45Azərbaycanda ilk dəfə Ümumdünya Məskunlaşma Günü tədbiri keçiriləcək - FOTOBu gün, 09:33Azərbaycanda şəhərsalma həftəsi başlayır, Bakıda və Zəngilanda II Milli Şəhərsalma Forumu keçiriləcəkBu gün, 09:28Şuşanın girişinə qoyulan tank götürüldü - FOTOBu gün, 09:20Azərbaycan neftinin qiyməti aşağı düşübBu gün, 09:06Bakıda özünə iynə vuran həkim şoka düşərək ölübBu gün, 09:03Paytaxtın bu yollarında tıxac var - FOTOBu gün, 08:57Bakıdan Xankəndiyə 20 ton humanitar yardım yola salınıb - FOTOBu gün, 08:43Sevinc Fətəliyeva: “Ordumuzun keçirdiyi lokal antiterror tədbirləri xalqımız tərəfindən böyük qürur hissə qarşılanır”Bu gün, 08:39
Bütün xəbərlər

Next TV