Goranboyda direktor müəllimi döydü, polis araşdırmaya başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda direktor müəllimi döydü, polis araşdırmaya başladı

Qafar Ağayev13:41 - 22 / 09 / 2022
Goranboyda direktor müəllimi döydü, polis araşdırmaya başladı

Goranboy rayonunda məktəb direktoru müəllimi döyərək xəsarət yetirib.

1news.az-ın məlumatına görə, Goranboy rayon Kələk kənd tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranması nəticəsində direktor müəllimi döyərək ona xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov 1news.az-a açıqlamasında bildirib ki, rayonun Kələk kənd tam orta məktəbində hadisə baş verməsi ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Paylaş:
253

Son xəbərlər

Bütün xəbərlər