Sumqayıtda 22 yaşlı hamilə qadın intihar etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda 22 yaşlı hamilə qadın intihar etdi

17:31 - 22 / 09 / 2022
Sumqayıtda 22 yaşlı hamilə qadın intihar etdi

Sumqayıtda 8 aylıq hamilə intihar edib.

1news.az Qafqazinfo.az-ya istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Yaşıl dərə yaşayış massivində baş verib. Şəhər sakini, 2000-ci il təvəllüdlü Dadaşova Raya Elşən qızı gecə saatlarında Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Lakin onun artıq vəfat etdiyi müəyyən edilib. Məlum olub ki, o, yaşadığı evdə kimyəvi maddə içərək özünü öldürüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Paylaş:
315

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər