“McDonald’s Azərbaycan” dəniz sahilinin təmizlənməsi üzrə ekoloji aksiya keçirib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“McDonald’s Azərbaycan” dəniz sahilinin təmizlənməsi üzrə ekoloji aksiya keçirib – FOTO

09:42 - 28 / 09 / 2022
“McDonald’s Azərbaycan” dəniz sahilinin təmizlənməsi üzrə ekoloji aksiya keçirib – FOTO

Çimərlik mövsümünün bitməsi münasibətilə “McDonald’s Azərbaycan” şirkətinin əməkdaşları çimərliklərin təmizlənməsi üzrə ekoloji aksiya keçiriblər. Aksiya çərçivəsində sahil, bu ilin çimərlik mövsümündən sonra qalmış zibildən və məişət tullantılarından təmizlənib.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə sentyabrın 23-də keçirilib. Dübəndi qəsəbəsində baş tutmuş aksiyada “McDonald’s Azərbaycan” şirkətinin 40-dan çox əməkdaşı iştirak edib.

Zəruri sanitar ləvazimatlarla təmin edilmiş şirkət əməkdaşları aksiya çərçivəsində sahildən toplanmış tullantıların çeşidlənməsini həyata keçiriblər. Toplanmış zibil daha sonra “Təmiz Şəhər” ASC-in nümayəndələrinə təqdim edilib. Cəmiyyət bərk məişət tullantılarının sonrakı çeşidlənməsini və emalını həyata keçirəcək.

Bu təşəbbüs dünyanın bütün ölkələrini əhatə edən ekoloji problemlə mübarizədə böyük əhəmiyyət kəsb edir. Bu, təkcə plastik tullantıların ciddi təhlükə törətdiyi quşlara və dəniz canlılarına qayğı demək deyil, bu həm də ümumilikdə ətraf mühitin və konkret olaraq çimərliklərin abadlaşdırılmasına yönəlmiş addımdır.

Həqiqət bundadır ki, biz artıq bu gün sabahımızı qururuq. Bu isə o deməkdir ki, təbiətin təmizliyinin qayğısına qalmaqla, son nəticədə, öz qayğımıza qalmış oluruq. Təsadüfi deyil ki, bu cür aksiyalar 1978-ci ildən etibarən bütün dünyada keçirilir. Həmin vaxt BMT tərəfindən sentyabrın sonuncu həftəsinin Beynəlxalq Dəniz Günü olaraq qeyd olunması barədə qərar qəbul edib.

Qeyd edək ki, bu cür aksiyaların keçirilməsi korporativ sosial məsuliyyət məsələsinə xüsusi diqqət ayıran “McDonald’s Azərbaycan” şirkətinin siyasətinin bir parçasıdır. “McDonald’s”ın təmsil olunduğu bütün şəhərlərdə ətraf mühitin qayğısına qalmaq və cəmiyyətin həyatında fəal iştirak etmək şirkətin biznesinin dayanıqlı inkişafının əsasını təşkil edir.

Leyla Məmmədova

Paylaş:
548

Son xəbərlər

Gürcüstan Müsəlmanları İdarəsinə yeni şeyx seçilibBu gün, 16:53İcma: “Avropa İttifaqının Ermənistandan deportasiya edilmiş azərbaycanlıların qayıdışı hüququna toxunmaması tamamilə qəbuledilməzdir”Bu gün, 16:16Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri ilə görüşübBu gün, 16:061800-dən çox şəxs qrip əleyhinə peyvənd olunubBu gün, 15:52Bakıda yeni içməli və tullantı su şəbəkələri yaradılırBu gün, 15:28Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıbBu gün, 15:06Kapital Bank-dan Yeni ilə özəl nağd kredit kampaniyasıBu gün, 14:38Londonda ABB-yə “İlin Bankı” mükafatı təqdim olunduBu gün, 14:30İRİA “Digital Azerbaijan” brendini təqdim edibBu gün, 14:27Azərbaycanda 137 minə yaxın IP ünvanı zərərli proqramlarla yoluxubBu gün, 14:12Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanılıbBu gün, 14:07QHT sədri: “Bu addımlar Azərbaycanda yaşıl enerji sektorunun yüksəlişinə səbəb olacaq”Bu gün, 13:55Qadın şahmatçılar arasında Azərbaycan çempionatının qalibi bəlli olubBu gün, 13:46“PAŞA Holding”in təşkil etdiyi “InMerge İnnovasiyalar Sammiti”nin ilk gününün xülasəsi - FOTOBu gün, 13:33Azərbaycan Prezidenti Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib - VİDEO - YENİLƏNİB 1Bu gün, 13:19DYP avtomobillərin şüşələrinə yazı yazan şəxslərlə bağlı xəbərdarlıq edibBu gün, 13:12İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start veribBu gün, 13:03AAYDA: “Sarayda Mikayıl Müşfiq küçəsinin əsaslı təmiri yekunlaşmaq üzrədir” - FOTO - VİDEOBu gün, 12:50DİN bu il vətəndaşların könüllü təhvil verdiyi silahların sayı açıqladıBu gün, 12:44Azərbaycan XİN Rumıniyanı təbrik edibBu gün, 12:34
Bütün xəbərlər

Next TV