Biçənək sahəsində başlayan yanğın Altıağac Milli Parkına keçib | 1news.az | Xəbərlər
Cəmiyyət

Biçənək sahəsində başlayan yanğın Altıağac Milli Parkına keçib

Qafar Ağayev15:42 - 23 / 09 / 2022
Biçənək sahəsində başlayan yanğın Altıağac Milli Parkına keçib

Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova 1news.az-a bildirib ki, hazırda ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Paylaş:
371

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər