Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Qafar Ağayev10:25 - 23 / 09 / 2022
Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə 1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Paylaş:
758

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər