Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ÖLDÜ | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ÖLDÜ

11:14 - 23 / 09 / 2022
Sumqayıtda fəhlə bədbəxt hadisə nəticəsində ÖLDÜ

Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb.

Bu barədə 1news.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölmüşdür.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Paylaş:
458

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər