“Gəl, İştirak et və Qalib ol” müsabiqəsi yekunlaşıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gəl, İştirak et və Qalib ol” müsabiqəsi yekunlaşıb - FOTO

Qafar Ağayev11:21 - 23 / 09 / 2022
“Gəl, İştirak et və Qalib ol” müsabiqəsi yekunlaşıb - FOTO

Yeni dərs ilinin başlanması münasibəti ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məktəbli dostları üçün tətbiq etdiyi intellektual müsabiqəsinin qalibləri müəyyənləşib.

1news.az xəbər verir ki, bütün iştirakçılara Bakı Kitab Mərkəzindən və Antaris QSC-dən həvəsləndirici hədiyyələr, qaliblərə isə hədiyyə və diplomlar təqdim olunub.

Xatırladaq ki, layihənin əsas məqsədi məktəbliləri yeni tədris ilinə, təhsilə həvəsləndirmək, onlarda muzeylərə, tarixi məkanlara maraq yaratmaq idi. Layihə 10-17 sentyabr tarixlərində İçərişəhər ərazisində yerləşən Şirvanşahlar Sarayı Kompleksində və Qala Qoruğu ərazisində təşkil olunmuşdur. İntellektual müsabiqədə iştirak edən 3 yaş qrupunda (7-9, 10-12, 13-15) olan məktəblilər Şirvanşahlar Sarayı Kompleksini və Qala Qoruğunu ziyarət etdikdən, muzeylərlə yaxından tanış olduqdan sonra biliklərini yoxlayıblar.

Paylaş:
670

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər