Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb - FOTO - VİDEO

13:10 - 24 / 09 / 2022
Yasamalda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 nəfər saxlanılıb - FOTO - VİDEO

Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, ərazi şöbə və bölmələri ilə birlikdə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 40 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az -a verilən xəbərə görə, qanunsuz dövriyyədən 6 kiloqramdan artıq güclü təsiredici narkotik maddə heroin aşkar olunaraq gotürülüb.

Bu şəxslərdən biri- Oruc Həsənovdan 5 kiloqramdan artıq heroin aşkar edilib.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

1news.az

Paylaş:
666

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər