TƏBİB: “Sığınacaq mərkəzində uşaqlar arasında yayılan dəri xəstəliyi qotur deyil” | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: “Sığınacaq mərkəzində uşaqlar arasında yayılan dəri xəstəliyi qotur deyil”

14:27 - 24 / 09 / 2022
TƏBİB: “Sığınacaq mərkəzində uşaqlar arasında yayılan dəri xəstəliyi qotur deyil”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin nəzdində olan Respublika Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzi dezinfeksiya edilib.

1news.az APA-ya istinadən xəbər verir ki, TƏBİB-dən bilirilib ki, adıçəkilən sığınacağa yeni daxil olan uşaqlar 19 sentyabrda 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər. Analizlərə əsasən uşaqlara qoturluq diaqnozu qoyulub. Uşaqların müvafiq müalicələri aparılıb və yenidən analizlər götürülüb. Analizlərin nəticəsinə görə qoturluq aşkarlanmayıb və bu səbəbdən də onlar baxıcılarının müşayiəti ilə sığınacağa qaytarılıb.

Bununla belə, ötən gün TƏBİB tərəfindən sığınacağa həkim briqadası göndərilib, psixiatrik-nevroloji problemi olan uşaqlar nevropatoloq tərəfindən müayinə olunub. Eyni zamanda uşaqlarda qeydə alınan qaşıntı ilə bağlı da həkim müayinəsi aparılıb, qoturluq inkar olunub, dermatit aşkar edilib. Dermatit aşkar edilən uşaqlar isə 3 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə yerləşdiriliblər və müalicələri davam edir.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə öz sosial media hesabında sığınacaqdakı uşaqlar arasında qotura bənzər dəri xəstəliyinin yayıldığını və xəstəxanada müalicələri tamamlanmadan onların ambulator müalicəyə buraxıldığı haqda paylaşım etmişdi.

1news.az

Paylaş:
529

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər