Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı başlayıb - FOTO

Beynəlxalq Muğam Mərkəzində Mətbuat Şurasının VIII qurultayı başlayıb.
1news.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin qurultayında Təşkilat Komitəsi tərəfindən yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adı daxil edilib.
Toplantıda İdarə Heyətinə 28 jurnalist namizəddən 14-ü, 18 ictimaiyyət nümayəndəsi olan namizəddən isə 9-u seçiləcək.
Qurultayda Azərbaycan Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Azərbaycan Mətbuat Şuranın Nizamnaməsinə dəyişikliklərlə bağlı səsvermə,“Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na dəyişikliklə bağlı səsvermə, Mətbuat Şurası İdarə Heyəti sədrinin və Nəzarət-təftiş Komissiyası seçiləcək.
Qeyd edək ki, hazırda Mətbuat Şurası İdarə Heyətinin sədri Əflatun Amaşovdur.
Foto: Nadir İbrahimli














