Sevinc Fətəliyeva:Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sevinc Fətəliyeva:Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu

18:50 - 26 / 09 / 2022
Sevinc Fətəliyeva:Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu

“2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Ordumuzun rəşadəti, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi.

Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusu şəhidlərin qanını yerdə qoymadı. Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. 27 Sentyabr Anım Günündə də bütün xalıqmız şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, münaqişənin nizamlanması üçün 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyəti dövründə problemin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Minsk qrupu həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslədi, münaqişənin həlli ilə bağlı qəbul olunmuş beynəlxalq qətnamələr kağız üzərində qaldı. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək münaqişənin danışıqlar yolu həllinə çalışmışdı. Bu dövrdə dünyanın mötəbər beynəlxalq təşkilatı olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Beynəlxalq birlik bu sənədlərin icra olunması üçün Ermənistana heç bir təzyiq göstərmədi.

Millət vəkilinin sözlərinə görə, bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirib, ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq onların rahat yaşamasına imkan verməyib: “2016-cı il Aprel və 2020-ci il Tovuz döyüşləri zamanı Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq ona öz gücünü göstərmişdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı diversiyaları davam etdirmiş, erməni siyasətçiləri aşağılayacı və təxribatçı bəyanatlar vermişdilər. 2020-ci il 27 sentyabr tarixində Ermənistan tərəfindən növbəti hərbi təxribat törədildi, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Nəticədə hərbi qulluqçular ilə yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladı. Bu, əslində, Ermənistanın kapitulyasiyası idi”.

Xalqımızın torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizi böyük ehtiramla andığını söyləyən S.Fətəliyeva qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

“Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında Zəfər çaldı. Bu Zəfər sayəsində “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə birdəfəlik son qoyuldu. Müharibədə qələbə qazanan Azərbaycan regionda yeni reallıqlar yaradıb. Azərbaycan dövləti, Prezidentimiz İlham Əliyev regionun inkişafı ilə bağlı önəmli təşəbbüslərlə çıxış edib. Əgər Ermənistan bu təşəbbüslərə qoşularsa, inkişaf edə bilər. Əks halda, bu ölkənin heç bir perspektivi yoxdur. Ermənistan revanşist əməllərə əl atmağa cəhd göstərərsə, bilməlidir ki, dəmir yumruq yerindədir. 12-13 sentyabr hadisələri bu faktı bir daha təsdiqlədi. Belə cəhdlər onun sonu ola bilər”, - deyən deputat vurğulayıb ki, Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış Prezidentimizə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirir.

Paylaş:
151

Son xəbərlər

Siqaretin sağlamlığa mənfi təsiri - “Çıxışa doğru”da MÜZAKİRƏBu gün, 00:07“Huawei” İKT Akademiyası rəqəmsal ekosistemləri zənginləşdirmək üçün Azərbaycanın ən yaxşı təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb - FOTO30 / 11 / 2022, 19:00Yeni dünyaya gələn şəhid övladının adına 5 min manatlıq depozit hesabı yaradılır - FOTO30 / 11 / 2022, 17:55DİM Elm və Təhsil Nazirliyində işə qəbul üzrə müsahibələri ləğv edib30 / 11 / 2022, 17:48AMB dekabrın 1-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb30 / 11 / 2022, 17:38Ukraynanın İspaniyadakı səfirliyində partlayış oldu30 / 11 / 2022, 17:30Rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə normativ hüquqi aktlar təkmilləşdiriləcək30 / 11 / 2022, 17:29Goranboyda zəlzələ baş verib30 / 11 / 2022, 17:16Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub30 / 11 / 2022, 17:08İlham Əliyev və Mehriban Əliyeva Musa Rüstəmovun vəfatı ilə bağlı nekroloq imzalayıblar30 / 11 / 2022, 16:55Bir qrup şəxs Prezidentin fəxri diplomu ilə təltif edilib30 / 11 / 2022, 16:49TƏBİB-in İcraçı direktoruna müavinlər təyin edilib - FOTO30 / 11 / 2022, 16:48Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib30 / 11 / 2022, 16:42Bir qrup jurnalistə “Əməkdar jurnalist” fəxri adı verilib30 / 11 / 2022, 16:41“Odda-İki bacı” filminin nümayişi baş tutmayacaq - Səfirlik açıqlama yaydı30 / 11 / 2022, 16:39Cəlilabadda yol tikintisinə 17,2 milyon manat ayrıldı - Prezidentdən SƏRƏNCAM30 / 11 / 2022, 16:38Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manat cərimə ediləcək30 / 11 / 2022, 16:24BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib30 / 11 / 2022, 16:20Maliyyə piramidası yaradaraq vətəndaşların pulunu ələ keçirən şəxslərə hökm oxunub - VİDEO30 / 11 / 2022, 16:02Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihəyə yekun vurulub30 / 11 / 2022, 15:59
Bütün xəbərlər

Next TV