18 yaşlı şəhidimizin anası vəfat etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

18 yaşlı şəhidimizin anası vəfat etdi - FOTO

10:24 - 26 / 09 / 2022
18 yaşlı şəhidimizin anası vəfat etdi - FOTO

Azərbaycan Ordusunun avqust ayında şəhid olan əsgəri Kazımov Anar Rüstəm oğlunun anası Alıyeva Səyyarə Murtuzalı qızı vəfat edib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Alıyeva Səyyarə ötən gün Gəncə şəhərində Abbas Səhhət adına xəstəxanada əməliyyat olub. Əməliyyatdan bir neçə saat sonra onun vəziyyəti pisləşib və dünyasını dəyişib.

Qeyd edək ki, Anar Kazımov 16.02.2004-cü ildə rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdı. Avqustun 3-ü şəhid olub.

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər