“Suraxanı” gəmi-muzeyində şəhidlərimizin xatirəsi yad olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Suraxanı” gəmi-muzeyində şəhidlərimizin xatirəsi yad olunub - FOTO

Qafar Ağayev09:12 - 27 / 09 / 2022
“Suraxanı” gəmi-muzeyində şəhidlərimizin xatirəsi yad olunub - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində 44 günlük Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad olunub.

1news.az xəbər verir ki, 27 sentyabr Anım Gününə həsr olunan tədbirdə ASCO-nun müxtəlif strukturlarında çalışan Vətən müharibəsi iştirakçıları, dənizçilər, Azərbaycan Dövlət Dəniz Akademiyasının, Azərbaycan Dənizçilik Kollecinin tələbələri, “Səbail” FK-nın futbolçuları və “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun idmançıları bir araya gələrək şam yandırıblar.

Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün bərpası uğrunda canını qurban verən oğullarımızla hər bir Azərbaycan vətəndaşı kimi dənizçilərin də qürur duyduğunu, müstəqil dövlətimiz və xalqımız var olduqca şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını diqqətə çatdırmaqdan ibarətdir.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər