“Qadınların peşə məktəblərinə cəlb olunması üçün maarifləndirmə işləri aparılmalıdır” - Kəmalə Ağazadə | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qadınların peşə məktəblərinə cəlb olunması üçün maarifləndirmə işləri aparılmalıdır” - Kəmalə Ağazadə

10:29 - 03 / 10 / 2022
“Qadınların peşə məktəblərinə cəlb olunması üçün maarifləndirmə işləri aparılmalıdır” - Kəmalə Ağazadə

Qadınların iş həyatına atılması, karyera qurması cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biridir. Bəzən “qadın və karyera” fikri bir çox mühafizəkar xarakterli kişilər tərəfindən qəbul olunmur. Buna görə də bəzi kişilər həyat yoldaşlarının işləməsinə narazılıq edirlər. Bəzən də qadınlar övladları azyaşlı olduğundan dolayı ofisdaxili işləmək onlar üçün çətin olur. Bu tip hallarda qadınlar daha çox “freelance”, yəni evdən işləməyə üstünlük verirlər. Lakin bu cür işləri tapmaq özü də bir xeyli vaxt aparır.

Məsələ ilə bağlı 1news.az-a qadın və uşaq hüquqları üzrə ekspert, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə açıqlama verib.

“Bu haqda tez-tez eşidirəm. Bəzən elanlar gedir ki, küçəyə çıxmadan hər ay müəyyən məbləğdə pullar qazana bilərsiniz. Bir qədər bunu araşdırdım. Əlbəttə ki, bu cür elanların çoxunun güvənilir olmadığını öyrəndim. Bəli, güvənilir şirkətlər də var. Hansı ki, xanımlarımız ev şəraitində oturaraq çalışır, öz ailələrinə dəstək olurlar. Lakin bunun maarifləndirilməsi halı çox yoxdur. Məsələn, peşə məktəbləri var ki, xanımlarımız orada öz bilik və bacarıqlarını inkişaf etdirib nələrsə öyrənə bilərlər. Bizim bu yaxınlarda bir aşpaz əməkdaşımız həmin yerlərin birinə getdi və özü də etiraf etdi ki, nə qədər bilmədiyim məlumatlar öyrəndim. Belə bir məsələ də var. Beynəlxalq təcrübədə xarici ölkələrdə araşdırmalar aparılır ki, hansı peşələrə daha çox ehtiyac var və evdar işsiz xanımlar da o yönə yönləndirilir. Düşünürəm ki, Azərbaycanda da bu məsələ ilə bağlı araşdırmalar aparılıb. Lakin maarifləndirmə işləri çox zəifdir. Hazırda qadınların ev şəraitində peşə bacarıqlarının inkişaf etdirilməsi və üzə çıxarılması üçün müəyyən məlumatlandırma işləri həyata keçirilməlidir. Bir də qadınlarımız hər yerdə paylaşılan iş elanlardan ehtiyyat etsinlər. Çünki bu tip dələduzluq halları çoxalıb”.

Aynurə Xudaverdiyeva

Paylaş:
339

Son xəbərlər

Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38
Bütün xəbərlər