Həkim: “Bu halda təbii ki, pandemiyanın bitməsi elan oluna bilər” | 1news.az | Xəbərlər
Cəmiyyət

Həkim: “Bu halda təbii ki, pandemiyanın bitməsi elan oluna bilər”

17:11 - 29 / 09 / 2022
Həkim: “Bu halda təbii ki, pandemiyanın bitməsi elan oluna bilər”

ABŞ Prezidenti Cozef Baydenin bu yaxınlarada mətbuata “Birləşmiş Ştatlarda pandemiya bitdi” deməsi gündəmə səbəb oldu.

Ardınca isə İtaliyada dünən qəbul edilən qərara görə sabahdan etibarən COVID-19-la bağlı bütün məhdudiyyətlər aradan qaldırılacaq. Bəs ölkəmizdə bu məhdudiyyətlər nə vaxt tam aradan qaldırıla bilər?

Məsələ ilə bağlı 1news.az-a danışan ümumi cərrah Rauf Qasımov deyib ki, pandemiya tezliklə sona çata bilər:

“Pandemiyanın bitməsi o vaxt elan olunur ki, xəstə sayı kəskin sürətdə aşağı düşür və yaxud da ölüm hadisəsi tamamilə sıfıra düşür. O halda pandemiyanın bitməsi ilə bağlı elan verilir. Əksər ölkələrdə qadağalar demək olar ki, götürülüb. Çox az ölkələr var ki, orada müəyyən qadağalar var. O da əhali sayı çox olan ölkələrdir. Azərbaycana gəldikdə isə, qadağalar dedikdə, düzü indi ölkəmizdə elə də çox qadağalar qalmayıb. Məsələn qapalı məkanlarda tibbi maskalardan istifadə edilmir, ara məsafəsi də saxlanılmır. Artıq COVID olub-olmadığını yoxlamaq üçün test etdirənlərin də sayı demək olar ki, yox dərəcəsindədir. Onu da deyim ki, aktiv xəstə sayı nisbətən aşağı düşüb və ölüm hadisəsi də demək olar ki, yox dərəcəsindədir. Bu halda təbii ki, pandemiyanın bitməsi elan oluna bilər”.

Aynurə Xudaverdiyeva

Paylaş:
416

Son xəbərlər

Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər