Lənkəranda 3 aylıq hamilə olan 18 yaşlı gəlin itkin düşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda 3 aylıq hamilə olan 18 yaşlı gəlin itkin düşüb

15:36 - 29 / 09 / 2022
Lənkəranda 3 aylıq hamilə olan 18 yaşlı gəlin itkin düşüb

Lənkəranda 18 yaşlı gəlin itkin düşüb.

1news.az APA-ya istinadən xəbər verir ki, Lənkəran rayonunun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova 8 gün öncə evdən çıxaraq, geri qayıtmayıb. Hadisə ilə bağlı dərhal rayon polis şöbəsi məlumatlandırılıb. Yaxınları və Lənkəran Polis Şöbəsi əməkdaşları Lamiyənin axtarışlarına başlayıblar. Amma Lamiyənin itkin düşməsindən 8 gün keçsə də, axtarışlar hələlik nəticəsiz qalıb.

Hazırda onun axtarışları istiqamətində işlər davam etdirilir.

Lamiyənin 3 aylıq hamilə olduğu bildirilir. O, evdən çıxarkən 40 manat pul götürüb.

1news.az

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər